Politoloq: “Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir”

Politoloq: “Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir” "Bu, çox vacib və kəskin mövzudur”
Qarabağ
101
31 Mart , 2021 17:00
Politoloq: “Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir”
Stanislav Pritçin

“Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Stanislav Pritçin deyib.

Ekspert qeyd edib ki, bu məsələ prinsipial əhəmiyyət daşıyır, çünki çox sayda mina, minalanmış ərazi və ümumiyyətlə, silah-sursat olduğu üçün bu gün dinc əhali ölür: “Bu, çox vacib və kəskin mövzudur. Ya xoşməramlılıq jesti olaraq, ya da digər məsələlərin müzakirəsi çərçivəsində mina sahələrinin xəritələri Azərbaycana verilməlidir. Ancaq bu problem həll edilməlidir”.

Ermənistanda keçiriləcək parlament seçkilərini şərh edən ekspert, yüksək ehtimalla, Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının seçkilərdə qalib gələcəyini vurğulayıb: “Reytinqə görə, Paşinyan hökumətə nəzarəti əlində saxlayacaq. Ermənistanın atəşkəs bəyanatındakı öhdəliklərinə riayət edib-etməyəcəyi seçkilərin nəticələrindən asılı olacaq”.

Son xəbərlər

Orphus sistemi