Politoloq: "Ermənistanın atdığı addımlar qınaq hədəfinə çevrilməlidir"

Politoloq: "Ermənistanın atdığı addımlar qınaq hədəfinə çevrilməlidir" "BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi doğru addım atıb.
Qarabağ
127
8 Dekabr , 2021 15:32
Politoloq: Ermənistanın atdığı addımlar qınaq hədəfinə çevrilməlidir
Piter Teys

"BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi doğru addım atıb. Çünki Azərbaycana qarşı milli mənsubiyyət və mədəni irslə bağlı zorakılıq və ayrı-seçkilik əməllərinə görə Ermənistanın məsuliyyət daşıdığı barədə qərar qəbul edib".

Bu fikirləri “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanın suveren torpaqlarında törədilmiş bütün vəhşiliklərə görə məsuliyyətə cəlb olunmalı, bu dövlətə Azərbaycan xalqından son 30 ildə qəsb etdiklərini geri qaytarması üçün təzyiq göstərilməlidir: "Çünki Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair beynəlxalq konvensiyanı kobud şəkildə pozaraq ötən 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqına qarşı etnik təmizləmə aparıb".

“Ermənistanda irqi ayrı-seçkilik üstünlük təşkil edir. Ölkədə korrupsiya baş alıb getdiyi üçün dövlət siyasəti də ürəkaçan nəticələr vermir. Ermənistanın bu kimi əməlləri beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə qurumlarında sərt qınaq hədəfinə çevrilməlidir", - P.Teys deyib.

Son xəbərlər

Orphus sistemi