Politoloq: “Antiterror tədbirləri Azərbaycanın regionda sülh yaratmaq istəyini təsdiqləyir”

Politoloq: “Antiterror tədbirləri Azərbaycanın regionda sülh yaratmaq istəyini təsdiqləyir” “Azərbaycanın suveren ərazisində qanunun və asayişin təmin edilməsi üçün lokal antiterror tədbirləri həyata keçirilib və bu, Qarabağda yaşayan erməni sakinlərin ölkə həyatına reinteqrasiyasına xidmət edəcək”.
Qarabağ
22 Sentyabr , 2023 13:41
Politoloq: “Antiterror tədbirləri Azərbaycanın regionda sülh yaratmaq istəyini təsdiqləyir”
Piter Teys

“Azərbaycanın suveren ərazisində qanunun və asayişin təmin edilməsi üçün lokal antiterror tədbirləri həyata keçirilib və bu, Qarabağda yaşayan erməni sakinlərin ölkə həyatına reinteqrasiyasına xidmət edəcək”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Qarabağda yaşayan erməni sakinlər Azərbaycan iqtisadiyyatına reinteqrasiya sayəsində daha çox imkanlar əldə edəcəklər. Bu məqamda qeyd edək ki, reinteqrasiya sayəsində erməni terrorçular və qeyri-qanuni silahlı birləşmələr artıq Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlar üçün təhlükə yaratmayacaqlar”, - o vurğulayıb.

P.Teys qeyd edib ki, bu hadisələr Azərbaycanın Cənubi Qafqaz regionunda sülh, sabitlik və harmoniya yaratmaq istəyini bir daha təsdiqləyir.

Son xəbərlər

Orphus sistemi