“İyunun 11-də təqribən saat 17-dən 17.30-dək Ermənistanın faşist silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı pulemotlardan atəşə tutub”.
Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys Ermənistan ordusunun növbəti təxribatını şərh edərkən bildirib.
“Gələn həftə prezident Bayden Brüsselə gedib NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşündə nitq söyləyəcək. Bu da son vaxtlar Azərbaycanla sərhəddə bir sıra silahlı təxribat törətmiş Ermənistan hökumətini təmkinli olmağa dəvət etmək üçün gözəl fürsətdir”, - o qeyd edib.
Politoloq deyib ki, Ermənistan hökuməti Avropadan təklənmiş, sərsəri rejim kimi davranır: "Baydenin Avropaya ilk səfəri zamanı bu problemi Avropa İttifaqı liderləri ilə də müzakirə etmək imkanı yaranıb. Cenevrədə ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüş də Ermənistana Azərbaycanın suveren torpaqlarında basdırdıqları minaların xəritəsini təqdim etmələri üçün mümkün təzyiq vasitələrini müzakirə etmək üçün mükəmməl yerdir”.