Avropa İttifaqı (Aİ) Azərbaycanı prioritet sahələrdə dəstəkləməkdə davam etmək niyyətindədir və ən vacib məsələlərdən biri azad edilmiş ərazilərin minalardan təmizlənməsidir.
“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.
“Avropa İttifaqı minatəmizləmə sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Bu, uzunmüddətli əməkdaşlıqdır. Aİ müstəqilliyin ilk illərindən Azərbaycanın yanında olub. İnsanlar üçün vacib olan sahələrdə, o cümlədən məcburi köçkünlərə dəstək, ərzaq təhlükəsizliyi, mənzil şəraitinin yaxşılaşdırılması və iqtisadi əməkdaşlığın artırılması kimi istiqamətlərdə dəstək göstərir”, - o bildirib.