“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”
“Report” xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.
Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.
Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan baş naziri Nikol Paşinyanın yaxın dostudur. Mətbəə, reklam agentliyi, dizayn-studiya və s. xidmətlər göstərən “Antares” baş nazirin bütün poster, buklet və reklam məhsullarının istehsalçısıdır.