"Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikdir".
Bunu "Report"un yerli bürosuna Parisin Böyük Məscidinin (Grande mosquée de Paris) sözçüsü Məhəmməd Tualbia bildirib.
Onun sözlərinə görə, Xocalıda baş verən soyqırımı insanlığa qarşı qəddarlıqdır: "Xocalı soyqırımı şahidlərinə qulaq asmaq çox təsirli və çox ağırdır. Halbuki insanlıq hamımızın ümumi dəyərimiz olmaldır".
M.Tualbia Xocalı soyqırımı ilə bağlı Fransa ictimaiyyətinin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb: "Mən Paris Böyük Məscidi adından Azərbaycan xalqına öz dəstəyimizi bildirirəm. Biz insanları bu fəlakətlə bağlı maarifləndirməliyik. İstər assosiasiyalar vasitəsilə, istərsə də digər yollarla Xocalıda baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırmalıyıq. Xocalıda baş verən dəhşətlər haqqında insanlar mütləq xəbərdar olmalıdırlar. Məlumatlandırma ədalətin bərpası naminə ən vacib məsələdir".