Ötən ay 8 nəfər piyada əleyhinə minalardan zərər çəkib

Ötən ay 8 nəfər piyada əleyhinə minalardan zərər çəkib "Bir daha əhaliyə müraciət edərək xahiş edirik"
Qarabağ
3 Aprel , 2021 11:20
Ötən ay 8 nəfər piyada əleyhinə minalardan zərər çəkib

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində bu ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.

Bu barədə "Report"a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. Bildirilib ki, bu ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib. H.Səfixanov qeyd edib ki, ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", - o bildirib.

Son xəbərlər

Orphus sistemi