Oqtay Əsədov: “Xocalı soyqırımı ən dəhşətli hadisələrdəndir”

Oqtay Əsədov: “Xocalı soyqırımı ən dəhşətli hadisələrdəndir” “Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq”
Qarabağ
24 Fevral , 2017 12:14
Oqtay Əsədov: “Xocalı soyqırımı ən dəhşətli hadisələrdəndir”

Bakı. 24 fevral. REPORT.AZ/ “Xocalı soyqırımı ən dəhşətli hadisələrdəndir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, Azərbaycanın Milli Məclisi Xocalı soyqırımının dünyada tanıdılması üçün xeyli iş görüb: “Artıq bir neçə ölkə bunu faciə kimi tanıyıb. Bu istiqamətdə işimiz davam edir. Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq”.

O.Əsədov deyib ki, Xocalı soyqırımı ilə bağlı nəşrlər toplusu hazırlanır: “Toplu yaxın vaxtlarda işıq üzü görəcək”.

Son xəbərlər

Orphus sistemi