Ombudsman Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlayıb

Ombudsman Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlayıb Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti be
Qarabağ
30 Avqust , 2023 11:10
Ombudsman Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlayıb
Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının bugünədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.

Məlumdur ki, bugünədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olması öz təsdiqini tapır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün dünya ictimaiyyəti tərəfindən Ermənistana çağırışlar edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.Bununla yanaşı, Ombudsmanın bugünədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.

Hesabatın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi