Oğuzda şəhidlərin xatirəsi əbədiləşdirilib

Oğuzda şəhidlərin xatirəsi əbədiləşdirilib Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olmuş 6 şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Qarabağ
26 May , 2022 17:36
Oğuzda şəhidlərin xatirəsi əbədiləşdirilib

Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olmuş 6 şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə rayonun Sincan kəndində tədbir keçirilib.

Mərasimdə şəhidlərin yaxınları, qazilər və rayon sakinləri ştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından söz açıblar.

Qeyd edək ki, xatirələri əbədiləşdirilənlər - 1957-ci il təvəllüdlü Əsabəli Əli oğlu Abdulhüseynov 1992-ci ildə, 1961-ci il təvəllüdlü Əmrah Sabir oğlu Nəbiyev 1993-cü ildə, 1974-cü il təvəllüdlü Xəyal Əhməd oğlu Lətifov 1994-cü ildə şəhid olublar, 1975-ci il təvəllüdlü Vyaçeslav Elşən Davidov isə Birinci Qarabağ müharibəsində itkin düşüb.

1997-ci il təvəllüdlü Elşən Rövşən oğlu Nurəliyev 2020-ci il oktyabrın 13-də, 1995-ci il təvəllüdlü Tural Arif oğlu Məmmədov isə 2020-ci il oktyabrın 29-da şəhidlik zirvəsinə ucalıb.

Son xəbərlər

Orphus sistemi