Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Ordusuna dəstəyini ifadə edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Ordusuna dəstəyini ifadə edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyi
Qarabağ
2 Oktyabr , 2020 10:47
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Ordusuna dəstəyini ifadə edib
0 : 00
0 : 00

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini bildirir.

"Report" xəbər verir ki, Azərbaycanın Şanlı Ordusunun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə onların əməkhaqlarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Vurğulanıb ki, Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistanın təcavüzkar əməlləri haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

 

Son xəbərlər

Orphus sistemi