Neftçalada Zəfər yürüşü keçirilib

Neftçalada Zəfər yürüşü keçirilib Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar Neftçala rayonunda Zəfər yürüşü keçirilib.
Qarabağ
8 Noyabr , 2021 15:43
Neftçalada Zəfər yürüşü keçirilib

Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar Neftçala rayonunda Zəfər yürüşü keçirilib.

“Report”un Aran bürosunun məlumatına görə, öncə Heydər Əliyev mərkəzinin qarşısında ucaldılmış ümummilli liderin abidəsi ziyarət olunub, önünə tər qərənfillər düzülüb.

Sonra minlərlə neftçalalının qatıldığı yürüş Heydər Əliyev prospektindən start götürüb. Yürüş iştirakçıları əllərində üçrəngli bayraqla irəliləyərək bir kilometrə yaxın məsafəni qət edib. Qarabağ savaşlarında torpaqlarımız uğurunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. 213 şəhidin barelyefi vurulan abidənin önünə əklil və gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Sonra mədəniyyət evinin qarşısında zəfər bayramı təşkil olunub.

Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər yürüşü incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi