Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb

Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb.
Qarabağ
14 Oktyabr , 2021 17:17
Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb

Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Aprel döyüşlərinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun Neftçalada adını daşıdığı şəhər 1 saylı tam orta məktəbdə büstünün açılışı olub.

Açılış mərasimində şəhid zabitin ailə üzvləri, yaxınları, Neftçala rayon icra hakimiyyətinin rəsmiləri, döyüşçü yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

XTQ-nin mayoru, şəhid Samid İmanovun qısa, lakin şərəfli ömrünə işıq tutulub. Onun qəhrəmanlığı haqqında söz açılıb, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Aprel döyüşlərinin Zəfər qələbəsinə ilk cığır açdığı xüsusi vurğulanıb. Yaşasaydı, bu gün onun 40 yaşı olacaqdı.

Büstün üzərindən ağ örtük götürülüb. Şəhidin valideynləri və həyat yoldaşı diqqət və qayğıya görə hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Samid İmanov 1981-ci il oktyabrın 14-də Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 2016-cı il aprelin 3-dən 4-nə keçən gecə Talış kəndi uğrunda gedən döyüşlərdə şahədətə ucalıb.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi