Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır” “Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”.
Qarabağ
19 May , 2022 15:01
Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

O, sözügedən şəhərdə Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələrin anadan olduğunu, Şuşanın öz muğam ifaçıları ilə məşhur olduğunu xatırladıb.

Nazirin sözlərinə görə, 30 illik erməni işğalı Azərbaycan ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni abidələr də daxil olmaqla böyük dağıntılara səbəb olub: "Amma artıq münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına tərəfdardır”.

A.Kərimov Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladaraq gələn il bununla bağlı bayram tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

O, çoxsaylı dövlətlərin sülh və mədəniyyətin inkişafına fəal töhfə verən Bakı prosesinə qoşulduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi