Nazir müavini: “Qarabağ yaşıl enerji zonasına çevriləcək”

Qarabağ
  • 17 may, 2022
  • 11:28
Nazir müavini: “Qarabağ yaşıl enerji zonasına çevriləcək”
Elnur Soltanov

"Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir.

O, indiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyasının (SES) işə salındığını, daha 5-i üzərində iş aparıldığını bildirib.

Nazir müavini Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamətin müəyyən edildiyini, onlardan birinin təmiz ətraf mühit olduğunu xatırladıb.

E.Sultanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.