Naftalan şəhərində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Naftalanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı Şəhidlərin əziz xatirəsi böyük ehtiramla anılıb.
Tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, veteranlar, qazilər, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak edib.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Çıxış edənlər misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biri olduğunu vurğulayıblar.