Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”

Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib” Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Qarabağ
22 Noyabr , 2018 22:33
Muxtar Babayev: “Yaponiya daim Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyinə dəstək verib”

Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Yaponiya imperatorunun 85 illiyi münasibətilə keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

“Azərbaycanla Yaponiya arasında uzun illərdir dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz yüksək səviyyəli siyasi etimad əldə ediblər” – deyən M.Babayev Yaponiyanın Azərbaycanı beynəlxalq müstəvidə daim dəstəklədiyini dilə gətirib.

“Yaponiya daim Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyimizə dəstək verib” – deyə nazir vurğulayıb.

M.Babayev iki ölkə arasında səmərəli siyasi məsləhətləşmələr keçirildiyini də bildirib.

“Ticarət dövriyyəmizin artırılması üçün böyük potensial var vəı bu da bizim üçün prioritet vəzifəddir” – deyən nazirin sözlərinə görə, iki ölkə enerji, sənaye, elm və təhsil, mədəniyyət sahələrində yaxından əməkdaşlıq edirlər.

“Yaponiya Azərbaycana böyük investisiyalar yatırır. Yaponiyanın “İtochu” şirkəti AÇQ yataqları nın istismarında iştirak edir, SOCAR-la birgə layihələtr həyata keçirir” – deyən M.Babayev Bakı – Tbilisi – Qars dəmir yolu bağlantısının Yaponiya ilə də əlaqələrə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Yaponiya səfiri Teruyuki Katori də ötən aydan etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdiklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi