Bakı. 13 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Novruzlu, Sarıcalı, Kəngərli, Şuraabad, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.