​Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır”

​Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır” “Üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız”
Qarabağ
19 Mart , 2015 11:50
​Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır”

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını - dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildiririr.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilib, dövlətçilik ənənələrimiz möhkəmlənib, vətəndaşlarımızın maddi rifahı yaxşılaşıb. Respublikamızda ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır.

İnanıram ki, Siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız.

Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

Son xəbərlər

Orphus sistemi