“Ordumuz ermənilər üzərində şanlı qələbə qazanıb və qarşı tərəf bunu həzm edə bilmir. Bir qrup terrorçunun Azərbaycan tərəfindən vuruşması yalanını yaymaqla regionda bəzi dövlətlərdən dəstək alaraq ölkəmizə qarşı müəyyən qabaqlayıcı tədbirlərin görülməsini istəyirdilər”.
“Report” xəbər verir ki, bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı "Yeni TV"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla erməni xalqını məğlubiyyətə uğradıqlarından yayındırmağa çalışırdılar: “Əsas gətirmək istəyirdilər ki, guya məğlubiyyətləri Azərbaycana gətirilən muzdlu döyüşçülər səbəbindən olub. Kənardan gələn vardısa, onları kim görüb? Azərbaycanın buna ehtiyacı da yoxdur. Çünki ölkəmizin kifayət qədər ordusu var. Əksinə, ermənilər kənardan döyüşçülər gətirib və bu faktlar da var. Fakt yoxdursa, hər hansı şayiə və söz-söhbət salmaq mənasızdır”.