Monqolustan Ombudsmanı: “Qarabağda təbii qanunauyğunluqların, ekologiyanın pozulmasına beynəlxalq aləm susmamalıdır”

Monqolustan Ombudsmanı: “Qarabağda təbii qanunauyğunluqların, ekologiyanın pozulmasına beynəlxalq aləm susmamalıdır” “Təbiətin mühafizə edilməsi və stabil bir ətraf mühütin yaradılması üçün bütün dünya həmrəy olmalıdır. O cümlədən Qarabağda təbii qanunauyğunluqların, ekologiyanın pozulması hallarına beynəlxalq aləm susmamalıdır”.
Qarabağ
13 Yanvar , 2023 18:29
Monqolustan Ombudsmanı: “Qarabağda təbii qanunauyğunluqların, ekologiyanın pozulmasına beynəlxalq aləm susmamalıdır”

“Təbiətin mühafizə edilməsi və stabil bir ətraf mühütin yaradılması üçün bütün dünya həmrəy olmalıdır. O cümlədən Qarabağda təbii qanunauyğunluqların, ekologiyanın pozulması hallarına beynəlxalq aləm susmamalıdır”.

Bu fikirləri Türkiyədə keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfransdan sonra “Report”un Ankara bürosuna açıqlama verən Monqolustanın Milli İnsan Hüququları Komissiyasının Baş Müvəkkkili (Ombudsman) Hunan Jargalasaihan bildirib.

Ermənistanın Azərbaycan torpaqlarında ekoloji terror törədilməsi faktlarına hər kəsdən öncə insan hüquqları təşkilatlarının laqeyd qalmamalı olduğunu vurğulayan Ombudsman sözügedən beynəlxalq konfransda da təbiətin qorunması və ekoloji problemlərin həlli yollarından da bəhs etdiyini bildirib:

“Çünki təbii qanunuyğunluqların pozulması həm də insan hüquqularının pozulmasıdır. Yəqin şahid oldunuz. Beynəlxalq konfransdakı çıxışımda ekoloji problemlər və mübarizə yollarından da bəhs etdim. İqlim dəyişikliyi bizim sağlamlığımıza, ərzaq qıtlığına, təbiətdəki digər canlıların məhvinə səbəb olan amillərdəndir. Odur ki, biz ətraf mühiti qorumaqla, təbiətdəki bütün canlıları, bitkiləri, özümüzü qorumuş oluruq. Burada azərbaycanlı həmkarımın qanuni olaraq Azərbaycana məxsus torpaqlarda insan haqlarının pozulması ilə bağlı səsləndirdiyi faktları dinlədim və insan haqlarının müdafiəçisi olaraq bu hadisələrin törədicilərini qınadım. Dünyanın hər yerində beynəlxalq standartlara riayət etmək və insan hüquqlarını pozmamaq lazımdır ki, buna da ilk növbədə hər kəsdən öncə insan hüquqları təşkilatları laqeyd qalmamalıdır”.

Son xəbərlər

Orphus sistemi