MN nümayəndəsi: "Bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz"

MN nümayəndəsi: "Bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz" "Qazilərimizdən tərxis olunanlar və hazırda xidmətdə olanlar var"
Qarabağ
3 Aprel , 2021 15:31
MN nümayəndəsi: Bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz
Firudin Nəbiyev

"Qazilərimizdən tərxis olunanlar və hazırda xidmətdə olanlar var. Onların hamısı hazırda ordudan tərxis olunmayıb. Ordudan tərxis olunmaq üçün tələblər var. Yəni bir yaralı son nəticə məlum olmayana qədər ordudan tərxis oluna bilməz. Onun müalicəsi tam başa çatmalıdır".

“Report” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Amma o adamların ki, müalicəsi başa çatıb, onların, demək olar ki, hamısı tərxis olunub. 200-ə yaxın qazimiz hazırda təyin olunan pensiyalarını da alırlar. Ordudan tərxis olunduqdan sonra onların sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəririk. Orada onların məsələsinə baxılır. Hazırda tərxis olunmayanların bəzilərinə evdə məzuniyyət verilir. Evdə məzuniyyət o adamlara verilir ki, qazimizin qolu sınıb, sümüklərində sınıqlar var. Onlara müalicə proseduru edildikdən sonra evdə daha yaxşı reabilitasiya olurlar”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi