MN: Tərxis olunan qazilərin müalicəsini biz təşkil edə bilmirik

MN: Tərxis olunan qazilərin müalicəsini biz təşkil edə bilmirik "Zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar"
Qarabağ
624
3 Aprel , 2021 15:35
MN: Tərxis olunan qazilərin müalicəsini biz təşkil edə bilmirik
Firudin Nəbiyev

”Ehtiyatda olanlar, yəni 20 il xidmətdə olan zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar”.

“Report” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri xərcləri ödəməklə bizim təminatımızdadırlar. Bəzən tərxis qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunsunlar. Bunu biz də istəyirik. Amma Azərbaycanın qanunlarına görə, biz onların müalicəsini təşkil edə bilmirik”.

Son xəbərlər

Orphus sistemi