MN: Qarabağda hərbi bölmələrin mühəndis təminatı üzrə tədbirlər davam edir - VİDEO

MN: Qarabağda hərbi bölmələrin mühəndis təminatı üzrə tədbirlər davam edir - VİDEO İşğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir
Qarabağ
6 Aprel , 2021 10:06
MN: Qarabağda hərbi bölmələrin mühəndis təminatı üzrə tədbirlər davam edir - VİDEO
0 : 00
0 : 00

İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir. Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi