Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüşəcək

Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüşəcək ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılıq əldə olunub
Qarabağ
29 Mart , 2017 09:38
Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüşəcək

Bakı. 29 mart. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüşməyi planlaşdırır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində bildirib.

"Biz tərəflərin hər birinin mövqeyini dinlədik. Bu danışığın davamı Vyanada, Minsk qrupunun görüşündə olacaq. Biz həmçinin ATƏT rəhbərliyi ilə görüşməyi təklif edirik. Yüksək səviyyəli planlaşdırma qrupu ilə də görüşmək planlarımız var", - deyə İ.Popov vasitəçilərin Bakı və Yerevana səfərlərinin nəticələrini şərh edərkən vurğulayıb.

O, görüşlərdə ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qrupunun yeddi nəfərə qədər artırılması barədə razılıq əldə olunduğunu qeyd edib. "Texniki detallarla bağlı bir sıra məsələlər hələ qalır. Ümid edirəm ki, bu, aprel ayında müzakirə edəcəyimiz mövzulardan biri olacaq", - İ.Popov deyib.

Xatırladaq ki, vasitəçilər Bakıya martın 11-də, Yerevana isə martın 27-də səfər ediblər.

Son xəbərlər

Orphus sistemi