Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi təqdim olunub - YENİLƏNİB

Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi təqdim olunub - YENİLƏNİB Təqdimat mərasimini parlamentin İnsan hüquqları komitəsi təşkil edib
Qarabağ
10 Fevral , 2017 13:27
Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi təqdim olunub - YENİLƏNİB

*** saat 11:10

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı olub.

“Report”un xəbərinə görə, təqdimat mərasimini parlamentin İnsan hüquqları komitəsi təşkil edib.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış ediblər.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, Ermənistanın Azərbaycana qarşı siyasəti bəllidir: “Ermənilər torpaqlarımızı işğal edib, mədənəiyyət abidələrini dağıdıb, xeyli sayda insan məcburi köçkün olub. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq, amma təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə etməmişik. Azərbaycan torpaqları hələ də işğal altındadır”.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır: “Heydər Əliyev bu məsələdə mühüm işlər görüb. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər”.

B.Muradova qeyd edib ki, ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı: “Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Hazırda “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.

Digərləri çıxışlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanla mübarizə hüquqi müstəvidə də davam etdirilməlidir. Tədbir iştirakçıları qanun layihəsini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi