Metyu Brayza: "Füzulidə nəqliyyat qovşağının yaradılması Cənubi Qafqazın reinteqrasiyasına xidmət edəcək"

Metyu Brayza: "Füzulidə nəqliyyat qovşağının yaradılması Cənubi Qafqazın reinteqrasiyasına xidmət edəcək" "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı çox vacib əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və ölkənin Cənubi Qafqazın reinteqrasiyasına kömək et
Qarabağ
28 Oktyabr , 2021 11:45
Metyu Brayza: Füzulidə nəqliyyat qovşağının yaradılması Cənubi Qafqazın reinteqrasiyasına xidmət edəcək
Metyu Brayza

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı çox vacib əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və ölkənin Cənubi Qafqazın reinteqrasiyasına kömək etmək üçün Füzulidə nəqliyyatı qovşağı qurmağa hazır olduğunu göstərir".

Bunu “Report”a ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib.

“Səfər Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsini qabardır və “İki dövlət, bir millət” şüarına malik Azərbaycan və Türkiyənin bir-birinə nə dərəcədə yaxın olduğunu nümayiş etdirir. Ötənilki qələbə Azərbaycan tarixinin ən böyük hərbi və diplomatik qələbəsidir. Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcəyini açıq şəkildə nümayiş etdirdi”, - o vurğulayıb.

M.Brayza deyib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycanın azad edilmiş ərazilərinə investisiya cəlb edilməsinə kömək olacaq.

Xatırladaq ki, bu il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyiv Ərdoğan iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi