“Ermənistan minaların təhlükəsiz zərərsizləşdirilməsini təmin etmək və çirklənmiş ərazilərin təmizlənməsini sürətləndirmək üçün mina sahələrinin xəritələrini Azərbaycana verməlidir”.
“Report” xəbər verir ki, bunu amerikalı vətəndaş cəmiyyəti fəalı, Miçiqan Universitetinin tələbəsi Mett Qarnett deyib.
“Minalar dünyanın bir çox ölkələrində təhlükə yaradır, onlardan biri də Azərbaycandır. Azərbaycanın 2020-ci ildə işğaldan azad edilmiş Qarabağ bölgəsində çoxlu sayda mina və partlamamış hərbi sursat aşkar edilib. Minaların təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırırıq. Bu, Qarabağ sakinlərinə öz evlərinə qayıtmağa və normal həyat sürməyə imkan verəcək”, - o bildirib.
Qeyd edək ki, bir sıra xarici qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti fəalları “Minalarsız azad dünya üçün qlobal təşəbbüs”
Petisiya “Dünya Qafqazda sülhü dəstəkləyir” (World For Peace in Caucasus) beynəlxalq kampaniyası çərçivəsində “JotForm” beynəlxalq platformasında yerləşdirilib.