“Tərəflər irəli getmək və həqiqətən bu münaqişənin siyasi həllini istəyirlərsə, onda substantiv danışıqlara başlamaq lazımdır”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri
"Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşdük. Artıq demişəm, təəssüf ki, danışıqlar barədə yox, görüş haqqında danışmalı oluruq. Ermənistanlı həmkarımla son belə görüş Nyu-Yorkda Minsk qrupunun iştirakı ilə olsa da, düzünü deyim ki, o görüş məni bir az məyus etdi”, - E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, 2008-ci ildə Madrid sənədində, ardından 2010-cu ildə onun yenidən işlənmiş variantında, daha sonra isə Kazan sənədində göstərilən hər şey işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır.
"Hər dəfə həmsədrlərimizə deyirik: biz heç yerə yox olmayacağıq, oturub bu gün masada olan sənəd əsasında Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır”, - nazir qeyd edib.