Britaniyalı memar: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

Britaniyalı memar: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasının sürəti dərin təsir bağışlayır”.
Qarabağ
5 Oktyabr , 2022 14:51
Britaniyalı memar: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasının sürəti dərin təsir bağışlayır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçısı, Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin direktoru, memar Marselina Zelinska deyib.

Onun sözlərinə görə, o, həm müharibə başa çatdıqdan sonra, həm də bu yaxınlarda Şuşada olub və bu şəhərdə həyata keçirilən bütün işləri görməkdən şaddır: “Hazırda orada fəal şəkildə forumlar, festivallar keçirilir. Təbii ki, bərpa ilə bağlı hələ çox iş görülməlidir. Lakin bərpa işlərində irəliləyiş çox yaxşıdır”.

Son xəbərlər

Orphus sistemi