ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X"dəki hesabında paylaşım edilib.
“Səfir Libbi Şuşada şəhərin inkişafı istiqamətində görülən işlər və onun məcburi köçkünlərinin qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar həmçinin regionun “yaşıl enerji”sini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, - paylaşımda qeyd edilib.
Səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonu üzrə xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi… pic.twitter.com/RhUofefgZ6