“Səfərimiz çərçivəsində işğaldan azad edilən ərazilərə baş çəkdik. Gördüyümüz səhnələr haqqında kifayət qədər məlumat verildi. Biz yalnız işğaldan azad olunan ərazilərə deyil, münaqişə zonasından kənarda yerləşən mülki əhalinin yaşadığı ərazilərin də münaqişənin təsirlərinə məruz qaldığının şahidi olduq. Bunlar hamısı insanlığa qarşı cinayətlərdir”.
“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazian Bin Yusof deyib.
“Bizi narahat edən məsələlərdən biri də baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır. Biz Azərbaycanla həmrəylik nümayiş etdirmişik və noyabrın 10-da imzalanan bəyanatı dəstəkləyirik. Bərpa prosesində də öz dəstəyimizi nümayiş etdirəcəyik. Həmçinin Azərbaycan xalqına bu prosesdə mənəvi dəstək də lazımdır”, - o bildirib.