Makron başağrısından və yorğunluqdan şikayət etdi
Digər ölkələr
- 18 dekabr, 2020
- 19:58
Koronavirusa yoluxmuş Fransa prezidenti Emmanuel Makron özünü yaxşı hiss etdiyini, ancaq yorğunluq və başağrısının olduğunu deyib.
“Report” xəbər verir ki, Fransa rəhbəri bu barədə özünün sosial şəbəkədəki hesabında bildirib.
"Sizi sakitləşdirmək istəyirəm, məndə hər şey yaxşıdır. Məndə dünən mövcud olan əlamətlər, yəni yorğunluq və baş ağrısı var. Sizə bu xəstəlik müddətində hesabat verəcəyəm", - Makron tvitterdəki səhifəsində yerləşdirdiyi videoda deyib.
Bundan başqa, o hamıya dəstəyə və həmrəyliyə görə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Emmanuel Makronun koronavirusla bağlı testi müsbət çıxıb. Bu barədə Yelisey Sarayı məlumat yayıb.
Son xəbərlər
18:03
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
İnfrastruktur18:01
Misirdə yol qəzasında 15 nəfər ölüb, 32 nəfər yaralanıb
Digər ölkələr18:00
"Unibank"ın istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə17:54
"Kontakt Home"a qarşı haqsız rəqabətə görə maliyyə sanksiyası tətbiq edilib
Biznes17:50
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
Futbol17:43
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
Digər ölkələr17:42
Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes17:39
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət17:38