XİN başçısı: "Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyi bəlli və dəyişilməzdir"

XİN başçısı: "Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyi bəlli və dəyişilməzdir" Azərbaycanda səfərdə olan Macarıstanın Xarici İşlər naziri Peter Siyatro Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdə Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu söyləyib.
Qarabağ
17 İyul , 2020 15:32
XİN başçısı: Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyi bəlli və dəyişilməzdir
Peter Siyatro

Azərbaycanda səfərdə olan Macarıstanın Xarici İşlər naziri Peter Siyatro azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu söyləyib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən Xarici İşlər naziri Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi