“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görmək çox ağrılıdır”.
Bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Liviyadan olan tanınmış səyahətçi-bloger Məhəmməd Alselini deyib.
“Qarabağdakı dağıntıları görmək, xüsusən də insanların burada bir zamanlar necə yaşadığını, onların nələrlə üzləşdiyini, evlərini necə itirdiyini və məcburi köçkünə çevrildiyini təsəvvür etmək çox ağrılıdır. Bütün bunlar çox ciddi emosiyalara səbəb olur. Mən bu regionun tezliklə bərpa olunmasını, sabitlik və firavanlıq arzulayıram”, - o vurğulayıb.
Xatırladaq ki, beynəlxalq səyahətçilər Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.
Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.