“Links EUROPE” fondunun rəhbəri: “Dünya ictimaiyyəti Azərbaycanda minatəmizləmə fəaliyyətinə güclü dəstək verməlidir”

“Links EUROPE” fondunun rəhbəri: “Dünya ictimaiyyəti Azərbaycanda minatəmizləmə fəaliyyətinə güclü dəstək verməlidir” “Dünya ictimaiyyəti Azərbaycanda minatəmizləmə fəaliyyətinə fəal dəstək verməlidir”.
Qarabağ
26 May , 2023 12:19
“Links EUROPE” fondunun rəhbəri: “Dünya ictimaiyyəti Azərbaycanda minatəmizləmə fəaliyyətinə güclü dəstək verməlidir”

“Dünya ictimaiyyəti Azərbaycanda minatəmizləmə fəaliyyətinə güclü dəstək verməlidir”.

“Report“ xəbər verir ki, bunu “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda "Links EUROPE” fondunun direktoru Dennis Sammut deyib.

Sammut qeyd edib ki, bir gün əvvəl Ağdamda gördüyü dağıntılar məyusluq doğurmaya bilməz: “Biz Cənubi Qafqazda minatəmizləmə fəaliyyətinə humanist mövqedən yanaşmalıyıq. Beynəlxalq ictimaiyyət mina probleminin həlli üçün daha çox səy göstərməlidir”.

Onun sözlərinə görə, Ermənistanın işğalı başlayandan sonra bu əraziləri tərk etməyə məcbur olan və hazırda bura qayıtmaq istəyən yüz minlərlə insanın hüquqları nəzərə alınmalıdır: “Minatəmizləmə Azərbaycan üçün böyük problemdir. Ölkənin bu sahədə böyük təcrübəsi var. Yalnız birgə səylərlə Cənubi Qafqazı minalardan təmizlənmiş regiona çevirmək olar”.

Son xəbərlər

Orphus sistemi