Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi

Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.
Qarabağ
16 İyun , 2021 00:01
Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi
Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.

“Report” xəbər verir ki, sabiq dövlət başçısı bu barədə Ermənistanın İctimai Televiziyasının efirində deyib.

"Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur", - deyə Levon Ter-Petrosyan vurğulayıb.

O, ikinci prezident Robert Koçaryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. "Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vədini verir.

Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, - Levon Ter-Petrosyan qeyd edib.

Son xəbərlər

Orphus sistemi