Lerikdə “Şuşa ili"nə həsr olunan sərgi təşkil edilib

Lerikdə “Şuşa ili"nə həsr olunan sərgi təşkil edilib Lerikdə “Şuşa ili”nə həsr olunan sərgi təşkil edilib. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, sərgidə mövzu ilə bağlı 100-ə yaxın rəsm əsərləri nümayiş etdirilib. Sərginin keçirilməsində məqsəd rayonda olan istedadlı gənclərin üzə çıxarılması
Qarabağ
5 İyul , 2022 13:12
Lerikdə “Şuşa ilinə həsr olunan sərgi təşkil edilib

Lerikdə “Şuşa ili”nə həsr olunan sərgi təşkil edilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, sərgidə mövzu ilə bağlı 100-ə yaxın rəsm əsərləri nümayiş etdirilib. Sərginin keçirilməsində məqsəd rayonda olan istedadlı gənclərin üzə çıxarılması və ictimaiyyətə tanıdılmasına yardımçı olmaqdır.

Rəsm sərgisi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon Gənclər və İdman İdarəsi, YAP Lerik rayon təşkilatı, Lerik Heydər Əliyev Mərkəzi və Lerik Dövlət Rəsm Qaleriyasının tərəfdaşlığı ilə təşkil olunub.

Qeyd edilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi daxilində təxminən 6 aydır ki, "Rəsm klubu" fəaliyyət göstərir. Klub daxilində təşkil olunan dərslər peşəkar rəssam Əbdürrəhman Səadətzadə tərəfindən tədris olunan dərslərdən təxminən 20-ə yaxın istedadlı lerikli məktəbli yararlanıb.

Məktəbli gənclər təşkil edilən sərgidə dərslər zamanı "portret çəkilməsi", "natürmort", Gənc istedadların qazandıqları bacarıqları nümayiş etdirmələri üçün imkan əldə ediblər. Sərgidə "Rəsm Klubu"nun üzvlərinin rəsm əsərləri ilə yanaşı lerikli istedadlı gənc rəssamların da rəsm əsərləri nümayiş etdirilib.

Sərgi rayon gəncləri və ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Rəsm əsərləri nümayiş etdirilən gənclər sertifikat və hədiyyələr ilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi