Lənkəran şəhərindəki "Ana heykəli" qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, tələbə və gənclər, hərbi hissələrin şəxsi heyətləri abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri