Lənkəran şəhərində "Böyük Bazar"məscidində Vətən müharibəsinin başlanması ilə əlaqədar anım mərasimi keçirilib.
"Report"unCənub Mərkəzinin verdiyi xəbərə görə anım mərasimi pandemiya qaydalarına uyğun təşkil olunub.
Tədbirdə ruhanilər, inanclı insanlar və şəhid valideynləri iştirak edib .Anım mərasimində Qurani-Kərimdən surə və ayələr oxunub. Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına, şanlı zəfər savaşının qazilərinə sağlıqlarına qovuşmaları üçün Allaha dualar edildi.
Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Hacı Qəni Axundzadə qələbənin əldə olunmasında dövlət-xalq birliyin simvoluna çevrilən "Dəmir yumruq" un əsas rol oynadığını qeyd etdi.
Mərasimdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.