Lənkəranda şəhidin xatirəsinə bulaq istifadəyə verilib - VİDEO

Lənkəranda şəhidin xatirəsinə bulaq istifadəyə verilib - VİDEO Vətən müharibəsi şəhidi Sənan Ağazadənin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib
Qarabağ
1 May , 2021 15:02
Lənkəranda şəhidin xatirəsinə bulaq istifadəyə verilib - VİDEO

Lənkəranda Vətən müharibəsi şəhidi Sənan Ağazadənin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, bu gün şəhidin 21 yaşı tamam olur və bu münasibətlə doğulduğu Göyşaban kəndində xatirəsi əbədiləşdirilib. Kəndin mərkəzində şəhidin adına bulaq kompleksi inşa edilib. Tədbirdə rayon icra aparatının nümayəndəsi, yerli idarəetmə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Sənan Nizami oğlu Ağazadə 1 may 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılıb. 1 il 3 ay xidmət etdikdən sonra Vətən Müharibəsinə Füzuli istiqamətində qoşulub. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Oktyabrın 14-də qəhrəmancasına şəhid olub. O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi