Laçın sakini: “Yurduma qayıtdığıma görə çox həyəcanlıyam”

Laçın sakini: “Yurduma qayıtdığıma görə çox həyəcanlıyam” “Yurduma qayıtdığıma görə çoş həyəcanlıyam”.
Qarabağ
20 Oktyabr , 2023 07:49
Laçın sakini: “Yurduma qayıtdığıma görə çox həyəcanlıyam”

“Yurduma qayıtdığıma görə çoş həyəcanlıyam”.

Bu sözləri “Report”a 31 ildən sonra Laçına qayıdan keçmiş məcburi köçkün Əli Əliyev deyib.

“Laçın rayonunu 1992-ci il mayın 5-də tərk etməyə məcbur oldum. Laçını məcburi tərk edəndə gəldiyim insanların bəziləri dünyadan köçüb, ata-anam vəfat edib. Ailəmi itirmişəm.

Otuz bir il sonra, 76 yaşımda Laçına qayıdıram. Xoş həyəcan hissi keçirirəm. Şəhəri xəyalımdan keçirirəm. Otuz il bundan əvvəlki Laçın hara, indiki Laçın hara!

Bu günü bizə yaşatdığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun ki, bizə bu şəraiti yaradıb. Yurdumuza qayıdırıq. Xoş həyəcan hissi keçirirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 295 ailə, yəni 1 135 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi