Laçın sakini 30 ildən sonra xarabalıqlar arasından əl işini tapıb - FOTO
Qarabağ
- 18 may, 2021
- 16:11
Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəssisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.
“Report”un xəbərinə görə, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.
Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltəraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.
Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.
Qeyd edək ki, 1989-cu ildə Güləbirddə Sarı Aşığın abidəsinin açılışı olub.
Son xəbərlər
11:26
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - YENİLƏNİB
Daxili siyasət11:21
Pakistan İran və ABŞ-yə çağırış edib
Digər ölkələr11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40