Komitə sədri: "Füzuli şəhəri 50 min nəfər üçün planlaşdırılır"

Komitə sədri: "Füzuli şəhəri 50 min nəfər üçün planlaşdırılır" "Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir".
Qarabağ
315
18 Oktyabr , 2021 12:02
Komitə sədri: Füzuli şəhəri 50 min nəfər üçün planlaşdırılır

"Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir".

"Report"un xəbərinə görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planını Prezident İlham Əliyevə təqdim edərkən deyib.

"Yeni Baş Plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək. Şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi