Kolumbiyalı jurnalist: “Şuşa şəhərinin böyük potensialı var”

Kolumbiyalı jurnalist: “Şuşa şəhərinin böyük potensialı var” “Şuşa şəhəri mənə qədim Havananı xatırlatdı"
Qarabağ
619
24 İyul , 2021 12:31
Kolumbiyalı jurnalist: “Şuşa şəhərinin böyük potensialı var”

“Şuşa şəhəri mənə qədim Havananı xatırlatdı. Nostalji hisslər yaşadım. Şuşa şəhərinin çox gözəl aurası var”.

Bunu “Raport”a kolumbiyalı jurnalist Roberto Trobaxo deyib.

“Bərpa olunduqdan sonra bu şəhərin böyük potensialı var, hamı onun haqqında öyrənəcək və görməyə gələcək. Azərbaycanlılar ənənələrinə hörmət edən çox mənəvi xalqdır və düşünürəm ki, bunu azərbaycanlılardan öyrənməyə dəyər”, - jurnalist bildirib.

R.Trobaxo bu şəhərin bir sıra görməli yerlərini gəzib, o cümlədən Yuxarı və Aşağı Gövhər Ağa məscidlərində olub. Onun fikrincə, ermənilərin dinə istehza etməsi, məscidlərdə mal-qara saxlaması tamamilə qəbuledilməzdir.

“Mən katolikəm, amma dindən asılı olmayaraq Tanrı birdir. İnsan hüquqları baxımından bir-birimizə hörmət etməliyik. Əsas azadlıqlardan biri dini etiqad azadlığıdır, buna görə də ermənilər belə etməməli idilər. Belə etmək olmaz, bu, çox ciddi məsələdir”, - kolumbiyalı jurnalist vurğulayıb.

Son xəbərlər

Orphus sistemi