Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiya parlamentinin Xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, sənəddə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub.
Qətnamə Azərbaycan Respublikasının Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.
Qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanıb, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənib və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırıb.
Həmçinin, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanıb və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırıb.
Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilib.
Sonda sözügedən sənəddə Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyib və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayıb.