Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib Tədbirdə həmçinin tarixçilər, gənc fəallar da nitq söyləyib
Qarabağ
26 Fevral , 2021 16:14
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Kiyev şəhərinin Səməd Vurğun adına Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kitabxana ilə birgə təşkilatçılığı ilə keçirilən tədbirə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi göstərib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov öz nitqində Xocalı faciəsinin XX əsrin sonunda törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu, təkcə Azərbaycan xalqına qarşı yox, bütövlükdə bəşəriyyətə qarşı, bəşər dəyərlərinə qarşı törədilmiş cinayət olduğunu diqqətə çatdırıb.

Səfirliyin birinci katibi Namiq Niftullayev də erməni siyasətçiləri tərəfindən dəfələrlə Xocalıda törədilən vəhşilikləri təsdiqləyən bəyanatlar verdiklərini, hətta bu qanlı qırğına bəraət qazandırmağa çalışdıqlarını əks etdirən faktları misal gətirib.

Bakı Beynəlxalq Multikulturaliz Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Honçaruk da Ukrayna ictimaiyyətinə tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımını çatdırmaq üçün həmin ölkədə icra etdikləri layihələrdən danışıb: “Bir çox ukraynalılar, xüsusilə də gənclər tarixi həqiqətlərlə bağlı layihələrdə yaxından iştirak edirlər. Bu da ukraynalıların Azərbaycan xalqına həmdəm olduqlarını, Xocalıya ədalət istəmələrini, o vəhşilikləri törədənlərin cəzalandırılmasını tələb etmələrini göstərir”.

Tədbirdə həmçinin tarixçilər, gənc fəallar da nitq söyləyib. Ukrayna gənclər təşkilatlarının nümayəndələri Xocalı faciəsinə dair məruzələr təqdim edib, şeirlər oxuyublar. Bununla yanaşı, erməni milətçiləri tərəfindən dinc azərbaycanlə əhaliyə qarşı törədilmiş etnik təmizləmələr mövzusuna həsr olunmuş tədqiqatlar də təqdim olunub. Tədbirin iştirakçıları arasında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elxan Səmədov da olub.

Son xəbərlər

Orphus sistemi