Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb

Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.
Qarabağ
12 Dekabr , 2020 14:41
Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

FHN-dən "Report"a verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi