Kayrat Osmanəliyev: "Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib"

Kayrat Osmanəliyev: "Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib" Bu gün Azərbaycan beynəlxalq aləmdə uzun illərdir öz torpaqlarını dinc yolla qaytarmağa çalışan sülhpərvər və təmkinli dövlət imicinə malikdir.
Qarabağ
166
16 Oktyabr , 2021 15:00
Kayrat Osmanəliyev: Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib

"Bu gün Azərbaycan beynəlxalq aləmdə uzun illərdir öz torpaqlarını dinc yolla qaytarmağa çalışan sülhpərvər və təmkinli dövlət imicinə malikdir".

Bunu “Report"un müxbirinə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev deyib.

Onun sözlərinə görə, təmkinli mövqe tutan Azərbaycandan fərqli olaraq Ermənistan heç vaxt konstruktiv siyasət yürütməyib: "Beynəlxalq birlik hələ ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının dərhal azad olunmasına dair qəbul edilmiş 4 qətnamə ilə mövqeyini ortaya qoyub. Əfsuslar olsun ki, beynəlxalq birliyin vəziyyətə təsir göstərmək üçün göstərdiyi bu və başqa səylər Ermənistan tərəfindən qulağardına vurulub”.

Son xəbərlər

Orphus sistemi